Yuxarı

Əsədov polisin polkovniki döyməsindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol polisi əməkdaşlarının Müdafiə Nazirliyinin polkovnikini döyməsi barədə xəbərə rəsmi aydınlıq gətirilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məsələ ilə bağlı Avtosfer.az-ın suallarını cavablandıraraq bildirib ki, "Mersedes" markalı, 99 CX 239 dövlət nömrə nişanlı avtomobili idarə edən Mehman Yusifov fevralın 24-də Suraxanı rayonu ərazisində Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hərbi geyimdə və polkovnik rütbəsində olan Mehman Yusifov yol polisi əməkdaşlarına tabe olmayıb və ondan tələb olunan sənədləri verməkdən imtina edib. Eyni zamanda, onun spirtli içki qəbul etdiyi şübhə doğurduğu üçün yol polisləri onu tibbi müayinədən keçməyə dəvət ediblər. Lakin sürücü yenə də polisə tabe olmayaraq tibbi müayinədən imtina etdiyi üçün 33-cü polis bölməsindən gələn polis əməkdaşlarının köməyi ilə həkim-narkoloqa dəvət edilib. Lakin o, bu dəfə də tibbi müayinədən keçməkdən imtina edib.

Bununla əlaqədar olaraq, Mehman Yusifov barəsində Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən K-YP-243-601 saylı inzibati protokol tərtib edilib və tədbir görülməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Müdafiə Nazirliyində şöbə rəisi vəzifəsində çalışan polkovnik Mehman Yusifov barəsində tərtib edilmiş inzibati protokol hazırda məhkəmədədir. Lakin dünən Mehman Yusifov Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, guya hadisənin əsl səbəbini açıqlayıb və yol polisi əməkdaşları tərəfindən döyüldüyünü bildirib.

"Sputnik"in verdiyi məlumata görə, Yeni Günəşli massivində Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb. İnsident zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər.

Mehman Yusifov baş verənlərlə bağlı Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Məlumata görə, ağır bədən xəsarətləri alan Yusifovun şikayəti üzrə materiallar Suraxanı Rayon Prokurorluğuna göndəriləcək.

Tarix
2016.03.03 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla