Yuxarı

Vasif Talıbovdan mühüm görüş - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbovdan mühüm görüş - Foto

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTac-a bildirilib ki, Ali Məclisin Sədri Naxçıvanla Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrdən danışıb, bu sahədəki xidmətlərinə görə Serhan Aktopraka təşəkkür edib. Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən muxtar respublikada kəhriz sistemlərinin bərpası layihəsinin həyata keçirildiyini, həmin dövrdə təşkilat nümayəndələrinin, eləcə də İsveçrə Konfederasiyası Prezidentinin Naxçıvana səfər etdiklərini xatırladan Ali Məclisin Sədri əməkdaşlığın genişləndirilməsinin, xüsusilə miqrasiya sahəsində təlim proqramlarının və kəhrizlərin bərpası layihələrinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Serhan Aktoprak Beynəlxalq Miqrasiya Təşkilatı ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib, bu istiqamətdə səyini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.03.07 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla