Yuxarı

Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Komanda yoldaşlarımla işdə idim. Qəzaya uğrayan helikopterin axtarışına texniki dəstək vermək üçün Batman, Van və Azərbaycandakı dostlarımızla koordinasiyada çalışdıq. Bütün dünyada adından söz etdirəcək əməliyyat baş tutdu.

Axar.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzadan sonra axtarışları barədə danışarkən deyib.

“Akınçı” ən sürətli şəkildə əraziyə çatdı. Bölgədə küləyin sürəti də çox güclü idi. O cür çətin hava şəraitinə baxmayaraq, vadiyə girərək bu vəzifəni yerinə yetirdi. Bu əməliyyatı dünyada həmin şərtlər altında uğurla reallaşdıra bilən “Akınçı” PUA-sı oldu. Və dünya bizim gücümüzü gördü. Komanda və Türkiyə Silahlı Qüvvələri səhərə qədər böyük fədakarlıqla çalışdılar. Mən bir daha İran xalqına başsağlığı verirəm”, - Bayraqdar bildirib.

O, eyni zamanda qeyd edib ki, bölgədə dərin dərələr var idi:

“Hətta o dərəyə girəndə belə görüntü əldə etmək olurdu. PUA dərənin arasında manevr edərək uçmalı oldu. Heç bir PUA bunu edə bilməz. Bu missiya ən kiçik bir maneə olmadan tamamlandı”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Əlavə edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer Türkiyənin “Akınçı” PUA-sı sayəsində tapılıb.

Tarix
2024.05.21 / 17:23
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla