Yuxarı

Azərbaycanlılar Almaniyada avtoyürüş keçirdilər - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar Almaniyada avtoyürüş keçirdilər - Foto

Almaniyada Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib. Alman xalqının diqqətini ermənilərin 1992-ci il fevralın 26-da Xocalı şəhərində törətdiyi vəhşiliklərə cəlb etmək məqsədilə Almaniyanın Maqdeburq şəhərində avtomobil yürüşü təşkil olunub.

Bu barədə "Axar.az"a Diaspor üzrə Dövlət Komitəsindən məlumat verilib.

Maqdeburqda fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi yürüş zamanı minik avtomobillərindən ibarət karvan Azərbaycan bayrağı, eləcə də "Ermənilər Qarabağdan çıxmalıdır!" "Xocalıya ədalət!" və s. şüarlar yazılmış plakatlarla 2 saat ərzində şəhərin küçələrində hərəkət edərək yerli sakinlərin marağına səbəb olub.

Aksiya müddətində Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi qəddarlıqlar, haqsızlıq və vəhşiliklər haqqında yerli sakinlərə məlumat verib və onların suallarını cavablandırıb.

Qeyd edək ki, Almaniyanın Berlin, Drezden, Bielfeld və digər şəhərlərində də Xocalı faciəsinə həsr olunmuş avtomobil yürüşü, mitinq və anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Tarix
2014.02.10 / 11:56
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla