Yuxarı

Qazaxın azad edilən 4 kəndində iş başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxın azad edilən 4 kəndində iş başlayır

Qarabağın və Şərqi Zəngəzurun bərpasına tətbiq edilən proqram Qazax rayonunun Ermənistanla sərhəddə Azərbaycanın nəzarətinə keçən 4 kəndində həyata keçirilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri TASS-a Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Tam əminəm ki, Qarabağ bölgəsini dirçəltməyə imkan verən unikal proqram, əlbəttə ki, bu kəndlərdə də həyata keçiriləcək, bütün Qazax rayonu kimi onlar da gözəlləşəcək, çiçəklənəcək”, - o bildirib.

S.Seyidov hazırda böyük hissəsinin yataqxanalarda məskunlaşdığı köçkünlərin bu kəndlərə qayıdacaqlarına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanda bərpa proqramları sürətlə həyata keçirilir.

Parlament komitəsinin rəhbəri onu da qeyd edib ki, Ermənistanla sərhədin delimitasiyası prosesi uğurla inkişaf edir.

Qeyd edək ki, 24 mayda Azərbaycan DSX Qazaxın işğaldan azad edilən 4 kəndinə nəzarəti bərpa edib.

Tarix
2024.05.27 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla