Yuxarı

Rusiya MN-in təklifini İrəvan saya salmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya MN-in təklifini İrəvan saya salmadı

Ermənistanda yağan leysan yağışları nəticəsində xüsusilə Lori və Tavuş vilayətlərində ciddi fəsadlar zamanı Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, dərhal yardım təklif etmişdi.

Axar.az xəbər verir ki, Rusiya MN-in məlumatında Ermənistandakı 102-ci hərbi bazaya lazımı texnika və canlı qüvvə ilə hazır olmaq tapşırıldığı və İrəvanın təklfi qəbul edəcəyi halda dərhal yardım üçün fəaliyyətə başlayacaqları bildirilmişdi.

Buna cavab olaraq Ermənistan hökumətindən heç bir açıqlama verilməyib. Erməni mediasının yazdığına görə, bütün instansiyalara Rusiya MN-in müraciətinə hansı reaksiya verildiyi ilə bağlı göndərilən sorğuların heç biri cavablandırılmayıb.

Belə məlum olur ki, Ermənistan ümumiyyətlə Rusiya MN-in yardım təklifinə cavab verməyi belə lazım bilməyib.

Qeyd edək ki, Debed və Ağstafa çayının daşması nəticəsində onlarla kəndlə əlaqə kəsilmiş, bir çox yaşayış məntəqələrini su basmış, 4 nəfər ölmüş, 2 nəfər yaralanmışdı. Onlarla şəxsin təxliyəsi zərurəti yaranmışdı.

Tarix
2024.05.28 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla