Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


Hitler: “XXI əsrdə faşizm Rusiyada qalib gələcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-11-01 10:32

Son vaxtlar Rusiyanın imperiya siyasəti və rus xalqının böyük əksəriyyətlə və "Böyük Rusiya" ideyası ilə Putin işğalını alqışlaması, skinhedlərin nasist hərəkətlərinə dövlətin gizli dəstəyi Faşist Almaniyasını və təbii ki, Adolf Hitleri bir daha yada salır. Sonuncu müsahibəsində Hitler 21-cü əsrdə Rusiyada millətçi sosializmin qalib gələcəyini özünəməxsus şəkildə izah edirdi.

Beləliklə, Adolf Hitlerin 1 noyabr 2013-cü ildə saytımızda yayımlanan son müsahibəsi yenidən gündəmdədir. Aktuallaığını nəzərə alıb müsahibəni yeniləyirik.

Bu müsahibə 1945-ci il aprelin sonlarında alınıb. Necə?

Partiya işlərinin idarəçisi Martin Borman neytral ölkələrdən birinin jurnalisti ilə əlaqə yaratmaq və onu Reyx dəftərxanasının bunkerinə çatdırmaq tapşırığı alır.

Hitlerin intihar etməsinə sayılı günlər qalmış İsveçrə jurnalisti Kurt Şpeydel ondan son müsahibəni alır. Şpeydelin özü isə Reyx dəftərxanasında hücum zamanı həlak olur, digər sənədlərlə birgə dəftərçə Moskavaya çatdırılır.

Dəftərçə bugünlərə qədər "Silahlı Qüvvələr Muzeyi"ndə saxlanılır. Bir neçə ay bundan qabaq arxiv işçilərindən biri stenoqrafik yazını oxumağa çalışır və bu tarixi sənədin unikallığına heyrətlənir. Və qəzet redaksiyasına müraciət edir.

Həmin müsahibədən oxucuları maraqlandıran bəzi hissələri təqdim edirik.

Biz tarixin ən böyük hakimiyyətini yarada bildik

Sual: 27 il bundan qabaq siyasi mübarizəyə qoşulanda sizi belə bir sonluğun gözləyəcəyini təxmin edirdinizmi?

Adolf Hitler: Bəli, hələ o vaxt biz hər şeyi gözəl başa düşürdük. Biz həyatımız bahasına olan həlledici döyüşə girirdik. Ortaya yalnız iki şey qoyulmuşdu: ya biz qalib gələcəyik, ya da bütünlüklə həlak olacağıq.

Tarixdə yalnız dahilər qalır

Sual: Bu gün 1945-ci il aprelin 29-dur. Uduzduğunuzu boynunuza alırsınızmı?

Adolf Hitler: Mən uduzduğumuzu düşünmürəm. Bəli, Almaniya müharibəni uduzdu, Vermaxt məğlub oldu. Lakin biz böyük bir ideyaya təkan verdik. Millətçi sosializm aydın şəkildə özünün üstünlüyünü nümayiş etdirdi. 1918-ci, 1920-ci illəri yadınıza salın. Onda Almaniya harda idi? Biz hakimiyyətdə olduğumuz bir neçə il ərzində bəşəriyyət tarixində ən böyük hakimiyyəti yarada bildik. Biz iqtisadiyyatı yaratdıq, mənəvi və fiziki cəhətdən sağlam gənclik tərbiyə etdik. Bildirim ki, sonda tarixdə yalnız dahilər qalır. Misirdə piramidaların tikilişində həyatını itirən minlərlə köləni indi kim xatırlayır? Tarixdə yalınız piramidalar qalıb. Gələcək millətçi sosializmə məxsusdur. Çəkinmədən deyirəm ki, bu da XXI əsrdə olacaq. XXI əsrdə Rusiyada millətçi sosializm qalib gəlsə, mən heç də təəccüblənməyəcəm. Müharibə illərində mən onların irqi ideologiyasını yenidən düşünmək məcburiyyətində qaldım. Sizə deyim ki, Avropada heç kim Rusiyanı tanımır və heç vaxt da tanımayıb. Mən rusları heç də ideallaşdırmıram. Lakin fakt ondan ibarətdir ki, rus milləti bu sərt müharibədə çox güclü idi və ali irq üçün Şərqdən kömək gəlsə, heç də təəccüblənmərəm. Bu, məntiqli olar.

Biz öləndən sonra üstümüzə itləri buraxacaqlar

Sual: Siz ideyanın qalib gəldiyini, lakin müharibəni uduzduğunuzu qeyd elədiniz. Sizə səmimi olaraq bir sual ünvanlamaq istərdim. Bu müharibə lazım idimi?

Adolf Hitler: Siz elə deyirsiz, sanki müharibənin başlanıb-başlanmaması ancaq məndən asılı idi. Mən bilirəm ki, biz öləndən sonra üstümüzə bütün itləri buraxacaqlar. Bizi işğalçı adlandıracaqlar. Lakin bu, düzgün deyil. Sanki Almaniyada mən və ya başqaları bu müharibəni istəyirdik. Almanların yeni nəsli möhtəşəm dövlət qurmuşdular və onların günahı deyil ki, yollarını kəsirdilər. Millətçi Sosialist Hərəkatının ilk tumurcuqlarını boğmaq üçün ingilislər, amerikalılar və dünyanın bütün yəhudiləri əlindən gələni elədilər. Sadəcə, axmaq adam fikirləşə bilər ki, bu müharibə ancaq bizim fikrimiz olub. Fikir verin, 1939-cu ildə biz sayca və texniki cəhətdən üstün olan düşmənlərin əhatəsində olduq. Lakin hətta belə şərtdə alman ruhu dünyaya qəhrəmanlığın möcüzəsini göstərdi.

Tarix
2014.03.26 / 17:54
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Poroşenkodan BMT-yə Rusiya ilə bağlı gülməli müraciət

Meriya mitinqə buna görə icazə vermədi

Şok sənəd üzə çıxdı: Ermənistan buraya silah daşıyır - Foto

Akademikə qarşı çirkin oyun: “Zərif-zəif qadın” obrazı...

Putin ABŞ-ı “Siklon”la hədələdi: Vaşinqton arzusuna çatır

Qətər ona sanksiya tətbiq edən ölkəyə niyə əsgər göndərdi?

Prezident CQD ilə bağlı şübhələrə son qoydu – Şərh

Söyüş ünsürləri bağışlana bilər? – Novruzova reaksiyalar

“Neolit” davasına görə saxlanılan blogerə şok ittiham

Dini liderlərimizdən Xocalı müraciəti

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla