Yuxarı

“Təkcə bir sual kifayətdir ki, Ankara terrorunu…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Təkcə bir sual kifayətdir ki, Ankara terrorunu…”

Türkiyədə dəhşətli terrorun ilk səbəbi bu dövləti zəiflətmək və diz çökürtməkdir.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat Ankara teraktını şərh edib:

"Türkiyədə dəhşətli terrorun ilk səbəbi bu dövləti zəiflətmək və diz çökürtməkdir. Ankaranın müstəqil siyasəti xaricdə müəyyən dairələrin maraqlarına cavab vermir. "Terrorun olması kimə sərf edir" sualını vermək kifayətdir ki, sifarişçilər ortaya çıxsın. Terrorun Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş verməsi iki qardaş dövlətin yaxınlığına son qoymaq, onları siyasi cəbhələrin əks düşərgələrinə salmaqdır. Kimlərsə bu iki dövlətin yaxınlığından çox narahatdır. Hesab edirəm ki, Ərdoğan bu dəfə Azərbaycana mütləq gəlməli, iki ölkənin dostluğuna kölgə salanlara cavab verməlidir. Bura da Türkiyədir, burada da terrorda ölənlərin taleyinə acıyan 10 milyon türk var. Biz türk dünyasına hücum çəkənlərə birgə cavab verməliyik".

Qeyd edək ki, dünən Ankaranın Qızılay meydanında baş verən terakt nəticəsində 34 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Tarix
2016.03.14 / 10:47
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla