Yuxarı

Putin Moskavada Sərkisyanı nəinki saymadı, heç...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Moskavada Sərkisyanı nəinki saymadı, heç...

Bu yaxınlarda Moskvaya səfər edən Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyadan əliboş qayıtdı.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Rasim Musabəyov açıqlama verib. Politoloq Ankarada baş tutan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının siyasi əhəmiyyətinə işıq salıb:

"Bu görüş iki qardaş ölkənin sarsılmaz müttəfiqliyinin bir daha əyani nümayişi idi. Tərəflər regionda və dünyadakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıblar, eyni zamanda, TANAP layihəsinin sürətləndirilməsi və Bakı-Tiflis-Qars dəmiryolunun ilin sonunadək tamamlanması barədə razılığa gəliblər. Dəyəri milyardlarla ölçülən bu layihələr təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir. İki ölkə hökuməti arasında hərbi əlaqələrin inteqrasiyasi, həmçinin iqtisadiyyatın həcminin 20 milyard dollara çatdırılması qarşıya qoyulan əsas vəzifələrdir. Prezident İlham Əliyev Ankarada çox səmimi qarşılandı. Ancaq bu yaxınlarda Moskvaya səfər edən Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyadan əliboş qayıtdı. Ermənilər bu dəfə yeni kredit, investisiya, qazın qiymətində güzəşt istəmədilər, atom stansiyasının tikintisindən danışmağa cürət belə etmədilər. Putin Sərkisyanın erməni sərgisi və tarix muzeyinin açılışına dəvətini nəinki qulaq ardına vurdu, heç "sadiq" vassalı ilə şam yeməyinə belə ehtiyac duymadı. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur".

Qeyd edək ki, martın 15-dəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən səfəri Ankara terrorundan dolayı təxirə salınıb.

Bu səbəbdən də iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci toplantısı Ankarada baş tutub.

Tarix
2016.03.16 / 16:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla