Yuxarı

Paşinyanın Bakıya “digər 4 kənd” mesajı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistanda referendum keçirməlidir. Paşinyan sonrakı cümləsində birinci cümləsini inkar edən fikir söyləyib: “Biz düzgün başa düşməliyik - Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik”. Sovet dövrünün sərhədlərini bərpa edirsənsə, referenduma nə ehtiyac var? Məgər vaxtilə Azərbaycana aid olan kəndlər referendum yolu ilə işğal edilmişdi ki, indi həmin kəndləri geri qaytarmaq üçün referendum keçirilsin?

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Paşinyan referendum söhbətini ortaya atmaqla sanki Bakıya belə bir mesaj göndərib ki, 4 kəndi geri qaytarsam da, o biri 4 kəndi qaytarmaq üçün təkbaşına qərar verə bilməyəcəm. Paşinyan daha əvvəl isə demişdi ki, kommunikasiya xətlərinin açılması sülh sazişindən əvvəl həyata keçirilə bilər. Deyəsən, Paşinyan Azərbaycanla bütün məsələləri, o cümlədən, sərhəd, kommunikasiya xətləri və sülh sazişini paralel həll etmək istəyir. Ancaq o, bunu istəyərkən elə təkliflər verir ki, həlləri çətindir”, - politoloq qeyd edib.

Tarix
2024.06.17 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Mehdiyevin qızı binanı sata bilmədi, 6 milyon ucuzlaşdı

İcra başçısı geyim şirkətinə yol təmir etdirir

Ağdərədə yüzlərlə separatçının məhv edildiyi yer - Video

Manaf Ağayevin oğlu vəzifəsindən çıxarıldı

Anım Günü ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video

Sürətli bir şəkildə hərəkətə keçmək üçün... - Bayramov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla