Yuxarı

İmza atmadı, çıxışdan imtina etdi: Qriqoryan nədən qorxdu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İsveçrədə keçirilən Ukrayna sülh sammitinə qatılması Rusiyanın kəskin reaksiyası ilə qarşılanmışdı.

Axar.az xəbər verir ki, Ermənistanın bu addımı Rusiyaya qarşı açıq demarş kimi qəbul olundu və rəsmi İrəvanın KTMT-dən çıxacağı ilə bağlı müzakirələr də genişləndi. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti məntiqi addımın KTMT-dən çıxmaq olacağını bildirməsindən sonra artıq 2024-cü ilin sonuna qədər prosesin yekunlaşacağı ehtimalı yarandı.

Ancaq Ukrayna sülh sammitinə qatılan 91 ölkə və 8 təşkilatdan 80 ölkə və 4 təşkilat yekun bəyanatı imzalamadı. Bəyanatı imzalamayanlar içərisində Ermənistan da var.

Daha bir məlumat isə Armen Qriqoryanın sammitdə çıxış etməməsidir. Qərb mediasının məlumatına görə, ona çıxış imkanı yaradılıb, lakin Qriqoryan son anda çıxışdan imtina edib.

Qriqoryan sammitdə yalnız Ukrayna XİN rəhbəri Dmitri Kuleba və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşü ilə yadda qalıb.

Maraqlıdır, Qriqoryanı yekun bəyanata imza atmaqdan və çıxışdan imtina etdirən səbəb nədir?

Bəzi avropalı analitiklər Ermənistan nümayəndəsinin son anda geri çəkilməsinin səbəbini Rusiyadan İrəvana qarşı artan kəskin ritorika ilə izah edirlər. Hətta rus politoloqların Rusiyanın Ermənistana hərbi müdaxilə edə biləcəyi haqda hədəsinin də təsadüf olmadığı iddiası mövcuddur.

Görünür, Rusiya ən təhlükəli ssenari haqda İrəvana müxtəlif kanallar vasitəsilə qəti xəbərdarlığını edib.

Tarix
2024.06.18 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Mehdiyevin qızı binanı sata bilmədi, 6 milyon ucuzlaşdı

İcra başçısı geyim şirkətinə yol təmir etdirir

Ağdərədə yüzlərlə separatçının məhv edildiyi yer - Video

Manaf Ağayevin oğlu vəzifəsindən çıxarıldı

Anım Günü ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video

Sürətli bir şəkildə hərəkətə keçmək üçün... - Bayramov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla