Yuxarı

Fransa İrəvana daha güclü silah verdi: Paris nə istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın müdafiə naziri Sebastyan Lekornu Parisdə erməni həmkarı Suren Paikyanla görüşdən sonra bəyan edib ki, Ermənistanla müdafiə sahəsində əlaqələrin gücləndirilməsinin davamı kimi bu ölkəyə SEZAR haubitsaları verəcəklər. Bu, Fransa-Ermənistan hərbi əməkdaşlığının yeni mərhələsidir. Fransanın Ermənistana göndərdiyi əvvəlki zirehli texnika aşağı keyfiyyətli idi. SEZAR haubitsaları isə 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, SEZAR zirehli yük avtomobilinə bərkidilmiş artileriya sistemidir:

“Bu səbəbdən artileriya sisteminin yerini dəyişdirməsi asandır. Özüyeriyən SEZAR artilleriya qurğusu 1994-cü ildə “Nexter” şirkəti tərəfindən hazırlanıb, kütləvi istehsalına 2002-ci ildə başlanılıb, Fransa ordusuna isə 2008-cu ildə təhvil verilib. Özüyeriyən artileriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir, 155 mm-lik topa malikdir. Fransa ilə Ermənistan arasında yeni müqavilənin dəyəri haqqında məlumat verilmir. Ancaq açıq mənbələrdə SEZAR artilleriya qurğusunun birinin 7 milyon dollara olduğu qeyd edilib. Fransa bir müddət əvvəl bu qurğulardan bir neçəsini Ukraynaya göndərmişdi. Rusiya informasiya mənbələri xəbər yaymışdılar ki, Rusiya ordusu həmin haubitsalardan ikisini ələ keçirib.

Beləliklə, Fransa Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətini korrektə etmək istəmir. Qərb ölkələri Ukraynanın müdafiə qüdrətini artırmaq barədə düşünərkən, Kiyev bu ölkələrdən daha çox hərbi texnika istəyərkən, Fransa Ermənistana özüyeriyən haubitsalar göndərməyə qərar verib. Yenə eyni sual aktuallaşacaq: Fransa bu haubitsaları hansı ölkənin ərazisindən Ermənistana çatdıracaq? Paris yəqin Tiflisi şantaj edəcək ki, Qərb ölkələri ilə münasibətlərinizin gərginləşdiyi indiki mərhələdə münasibətlərin normallaşmasını arzulayırsınızsa, hərbi yüklərin Gürcüstan üzərindən Ermənistana çatdırılmasına şərait yaradın!”

Tarix
2024.06.18 / 16:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Mehdiyevin qızı binanı sata bilmədi, 6 milyon ucuzlaşdı

İcra başçısı geyim şirkətinə yol təmir etdirir

Ağdərədə yüzlərlə separatçının məhv edildiyi yer - Video

Manaf Ağayevin oğlu vəzifəsindən çıxarıldı

Anım Günü ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video

Sürətli bir şəkildə hərəkətə keçmək üçün... - Bayramov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla