Yuxarı

Aktivləşən PKK-nın məqsədi nədir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktivləşən PKK-nın məqsədi nədir? – Şərh

Terrorun sayı artdıqca, Türkiyə cəmiyyəti hakimiyyətdən PKK-ya qarşı daha sərt addımlar tələb edəcək.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb.

O, İstanbulun mərkəzində, turistlərin ən çox olduğu İstiqlal küçəsində baş verən partlayışa münasibət bildirib:

"Terrorçular indi də diqqəti İstanbulda cəmləşdiriblər. Görünür, PKK Novruz bayramına "xüsusi" hazırlaşır. Məqsədləri aydındır: Türkiyə cəmiyyətində xof və küy yaratmaq. Ancaq terrorun sayı artdıqca, cəmiyyət hakimiyyətdən PKK-ya qarşı daha sərt addımlar tələb edəcək. Bu gün Türkiyədə heç kim sülhdən danışmır. Çünki bunun üçün zəmin yoxdur. Terrorun belini qırmayınca, PKK-nı təmsil edənlərlə üçüncü ölkələrdə yenidən masa arxasında oturmaq mümkün görünmür. PKK necə ki terrorla Türkiyə cəmiyyətinin gözünü qorxutmaq istəyir, Türkiyə ordusu və polisi də hakimiyyətdən aldığı təlimat əsasında PKK-ya və onlara dəstək verənlərə elə zərbələr endirməlidirlər ki, onlar bu müharibənin özlərinə baha başa gələcəyini anlasınlar. Başqa alternativ görmürəm".

Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində güclü terror hücumu baş tutub. Terakt zamanı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

Tarix
2016.03.20 / 09:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla