Yuxarı

Çin bu ölkədə hərbi baza qurur - Gərginlik artdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin bu ölkədə hərbi baza qurur - Gərginlik artdı

Mərkəzi Asiya ölkələri təhlükəsizliklərini müxtəlif formalarda gücləndirirlər. Bu ölkələrin bir qismi Rusiya ilə təhlükəsizlik sahəsində tərəfdaşlıq əlaqələri qursalar da, ABŞ-la dialoqdan da imtina etməyiblər. Tacikistan isə təhlükəsizlik sahəsində Rusiya ilə yanaşı, Çinlə də əməkdaşlığa üstünlük verib. Böyük Britaniyanın “Teleqraf” nəşrində yayımlanan məqalədə peyk görüntülərinə istinadən Çinin Tacikistanda məxfi hərbi baza inşa etdiyi bildirilib. Pekin bu məlumat dərhal təkzib edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Qərb Pekinin təkzibinə inanmır, çünki Çin 2014-15-ci illərdə Afrikada - Cibutidə hərbi baza tikməsinə dair xəbərləri də təkzib etmişdi, ancaq sonradan hərbi bazanın varlığı təsdiq olundu:

“Tacikistanda hərbi baza Çinin nəyinə lazımdır? Bəzi məlumatlara görə, Çinin Tacikistandakı lokal hərbi bazası Əfqanıstanla sərhəd yaxınlığındadır. Çinin Tacikistanda böyük yatırımları var, mədənlərdən faydalı qazıntılar çıxarılır. Çin Tacikistanın ən böyük xarici investoru və əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollardır. Bu, maliyyə sıxıntısı yaşayan Tacikistan üçün böyük rəqəmdir. Pekinin Düşənbə ilə əlaqələri Çin lideri Si Szinpinin Tacikistana səfərindən sonra daha da güclənib. Bunların fonunda Çin Tacikistanda təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib. Çin Tacikistan üzərindən Əfqanıstanda fəaliyyət göstərən “Şərqi Türküstan İslam Hərəkatı”na qarşı mübarizəni gücləndirəcək. Bu baxımdan Tacikistan-Əfqanıstan sərhədinin qorunması Çin üçün vacibdir”.

Tarix
2024.07.18 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla