Yuxarı

Paşinyan Əliyevlə görüşdən niyə qaçdı? - İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Əliyevlə görüşdən niyə qaçdı? - İsti şərh

Əminəm ki, bu tapşırığı Rusiya verib. Bu dəqiqə Rusiyadan Paşinyana Qərb istiqamətində olan siyasi addımlarına görə güclü təzyiqlər var. Ermənilər bu addımla Rusiyaya göstərmək istəyirlər ki, ona sadiqdirlər.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Ermənistan Baş naziri Paşinyanın Azərbaycan Prezidenti ilə görüş təklifindən imtina etməsi haqda yayılan məlumata münasibətində deyib.

“Bu imtinanın sonrasını gözləmək lazımdır, çünki tədbirlər davam edir. Aydındır ki, görüşün təşəbbüskarı Böyük Britaniya tərəfidir. Bəzi mənbələr bildirir ki, ermənilər Böyük Britaniyanın vasitəçilik etməsini istəmirlər. Həmçinin Ermənistan mühitində müxtəlif versiyalar səslənir ki, noyabrda onlar Qərbə yönələn siyasətdən imtina etməlidir. Çünki hazırda Baydenin qalib gəlməsi şansı çox azdır və İrəvanın Qərbə yönəli siyasətində ermənilərə təkcə Fransanın dəstəyi bəs eləməz. Ona görə də Qərblə hansısa inteqrasiya prosedurlarına ehtiyat edirlər”, - politoloq bildirib.

T.Zülfüqarovun sözlərinə görə, bu imtinanın səbəbini sülhdən qaçmaq kimi qəbul etmək hələ tezdir.

Tarix
2024.07.18 / 16:10
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla