Yuxarı

Rusiya 3 milyard verib, növbə Azərbaycanındır - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 3 milyard verib, növbə Azərbaycanındır - Trofimçuk

"Ukraynada vəziyyət o həddə çatacaq ki, Suriyada olduğu kimi burada da "Ukraynanın dostları" qrupu yaradılacaq".

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə rus politoloqu Qriqori Trofimçuk çıxış edib.

O, Ukraynaya Azərbaycanın yardım etməsi mümkünlüyünün iki səbəbi olduğunu qeyd edib. "Ukraynada vəziyyət o həddə çatacaq ki, Suriyada olduğu kimi burada da "Ukraynanın dostları" qrupu yaradılacaq. Azərbaycan bu koalisiyaya iki səbəbdən qoşula bilər. Siyasi və iqtisadi. Hər iki halda da Azərbaycan üçün bu sərfəli olacaq. Amma bəzi qruplar tərəfindən bu doğru qarşılanmaya da bilər. Əsas məqam veriləcək yardımın nə zaman olmasındadır. Bəziləri bunun sanksiyalardan sonra ediləcəyini düşünürlər. Amma Azərbaycanın bütün şayiələrdən özünü yayındırmaqdan ötrü pulu Yanukoviç hakimiyyətdə olan zaman ona verəcək deyə düşünürəm. Rusiya 3 milyarda verib, növbə Azərbaycanındır".

Qeyd edək ki, bir müddət öncə "Blomberg"ə açıqlamasında millət vəkili Asim Mollazadə Azərbaycanın Ukraynaya bir milyard yardım edəcəyini bildirmişdi.

Xatırladaq ki, bir müddət öncə saytımıza verdiyi açıqlamasında Q.Trofimçuk Ukraynada vəziyyətin ağırlaşacağını və hətta parçalanma həddinə gəlib çatacağı haqqında proqnozlar vermişdi.

Tarix
2014.02.12 / 09:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla