Yuxarı

Sərhəddə hərəkətlənmə: Ermənistan bu ərazilərdən çəkilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhəddə hərəkətlənmə: Ermənistan bu ərazilərdən çəkilir

Ermənistanın Azərbaycanla delimitasiya və demarkasiya prosesi Gürcüstanla sərhəddə də hərəkətlənməyə səbəb olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, bir neçə gün əvvəl Ermənistanın Gürcüstanla sərhədində yerləşən Lori vilayətinin Taşir rayonunun Sarçapet kəndinin Lok adlanan təpəsində ermənicə “Dayan! Dövlət sərhəddi” və “Giriş-çıxış qadağandır” xəbərdarlıqları olan nişanlar qoyulub. Bu nişanların dəqiq nə zaman qoyulduğu bilinmir.

Məlumata görə, Gürcüstan-Ermənistan sərhədində mübahisəli olan bəzi kilsələr, monastrlar və təpələr var. Lok təpəsində yerləşən qala da bunlardan biridir.

İki ölkə arasında şifahi razılaşmaya görə, qala tam sərhəd xəttinə düşməli və heç kimin nəzarətinə keçməməli idi. Son aylarda İrəvan və Tiflis rəsmiləri iki ölkə arasında sərhəd xəttinin çəkilməsi ilə bağlı prosesin yekunlaşdırılacağını bildiriblər. Nikol Paşinyan keçmiş Baş nazir İrakli Qaribaşvili ilə danışdığını və məsələnin razılaşdırıldığını deyib. Həmçinin xarici işlər nazirləri səviyyəsində də prosesin anonsu verilib.

Nəşr iddia edir ki, Ermənistan Azərbaycana olduğu kimi, Gürcüstana da güzəştə gedəcək. Hər iki ölkənin sərhəddə bir sıra monastr və kilsələrlə bağlı ambisiyaları var. Şübhəsiz ki, İrəvan Tiflis ilə demarkasiya prosesi çərçivəsində bəzi ərazilərdən əl çəkəcək. Ermənistan-Gürcüstan sərhədinin 225 kilometrlik hissəsinin 147 kilometri üçün sərhəd xətti razılaşdırılıb. Qalan ərazilər isə mübahisəlidir.

Tarix
2024.07.19 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla