Yuxarı

Vəzifəyə görə mandatını vermişdi, indi yenidən namizəd olur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifəyə görə mandatını vermişdi, indi yenidən namizəd olur

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə 1 sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak edəcək.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, Şahin Kamil oğlu Seyidzadə 1978-ci ildə anadan olub, Pedaqoji Universiteti bitirib, daha sonra İqtisad Universitetində, Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbində və Mançester Universitetində biznesin idarə edilməsi və təhsilin təşkili-idarə edilməsi ixtisasları üzrə magistr oxuyub.

2012–2016-cı illərdə Gənclər Təşkilatları Milli Şurasının sədri, eyni zamanda Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, 2019-2022-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəri olub.

2020-ci il 9 fevral tarixində keçirilən parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Milli Məclisin deputatı seçilib. 3 mart 2022-ci ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunduğu üçün mandatdan imtina etmişdi.

Hazırda Şahin Seyidzadənin yenidən Qobustandan (hazırda bu dairə 87 saylı “Qobustan-Şamaxı-İsmayıllı”, 50 saylı dairə isə “Abşeron 3-cü” dairəsi adlanır) namizədliyini irəli sürəcəyi gözlənilir.

Tarix
2024.07.21 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla