Yuxarı

Marqvelaşvili ilk rəsmi səfərini Azərbaycana edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marqvelaşvili ilk rəsmi səfərini Azərbaycana edəcək

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili andiçmə mərasimindən sonra ilk rəsmi səfərini Azərbaycana edə bilər.

"Axar.az"ın xəbərinə görə, bunu "AzVision.az"a açıqlamasında Gürcüstanın hakim partiyası "Gürcü arzusu" koalisiyasında təmsil olunan, azərbaycanlı deputat Əli Məmmədov deyib.

Deputat bildirib ki, G.Marqvelaşvili andiçmə mərasimindən sonra ilk səfərinin Azərbaycana edəcəyi gözlənilir:

"Mümkündür ki, o ilk səfərini Azərbaycana eləsin. Azərbaycan və Gürcüstan dost, qardaş ölkədir. Ona görə də prezident ilk rəsmi səfərini Azərbaycana edəcək"-deyə, Ə.Məmmədov əlavə edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçirilib. Hakim "Gürcü arzusu" Koalisiyasının namizədi Georgi Marqvelaşvili 62,1% səslə qalib olub.

Tarix
2013.11.01 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla