Yuxarı

Əliyevin geniş rezonans doğuran bəyanatı - Korotçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fikrimcə, Şuşa Qlobal Media Forumu təkcə nəzərəçarpan deyil, qlobal media sənayesində əsas hadisələrdən birinə çevrilib.

Axar.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin nitqi çox təsirli oldu. Azərbaycan dövlətinin başçısı üç saatdan çox müxtəlif ölkələrin mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Media forumu müxtəlif dövlətlərin nümayəndələri üçün real Azərbaycanı, onun fikirlərini, aktual problemləri onun baxış prizmasından görmək və eşitmək imkanına çevrildi. Azərbaycan Prezidenti geniş rezonans doğuran və uzun müddət müzakirə olunacaq bir sıra mühüm siyasi bəyanatlar verdi”, - deyə politoloq qeyd edib.

Korotçenkonun sözlərinə görə, Əliyevin çıxışı suveren Azərbaycana təzyiq göstərməyə çalışanların hamısına növbəti mesaj oldu - onlar buna nail olmayacaqlar:

“İlham Əliyev qeyd etdi ki, Azərbaycan özünün müasir tarixinin lap əvvəlindən - 90-cı illərdən suveren siyasət yeritmək və heç bir “böyük qardaş”dan asılı olmamaq istiqaməti götürüb. Prezident Əliyev bildirdi ki, bu gün Azərbaycanın istənilən xarici siyasət uğuru dezinformasiya dalğası ilə müşayiət olunur, bu uğuru nəinki inkar etmək, hətta onu ləkələmək cəhdləri var. Prezidentin sözlərinə görə, əvvəllər ölkəni demonizasiya cəhdləri Azərbaycan hakimiyyətini narahat edirdisə, indi onlar bunu sakitliklə qəbul edirlər. Və birdən-birə belə bir yanaşma tətbiq olunmayanda çox təəccüblənirlər. Azərbaycan bu gün beynəlxalq aləmdə artan rolunu bəyan edir. İndi Azərbaycanın əsl müstəqil dövlət kimi səsi daha da yüksəlir”.

Ekspert bildirib ki, İlham Əliyev liderlik xüsusiyyəti ilə seçilən siyasətçidir və ölkənin uğuru üçün bu, əsas məsələdir:

“Deyə bilərəm ki, Azərbaycanda hakimiyyət davamlılığının qorunub saxlanması bir dövlət kimi Azərbaycan üçün sevindirici amil oldu. Müasir Qərb elitasına nəzər salsaq görərik ki, sözdə liderlər əlcək kimi necə dəyişirlər. Artıq Uinston Çörçill, Konrad Adenauers, Şarl de Qoll, Corc Pompidu yoxdur. Böyük Qərb şəxsiyyətlərinin dövrü geridə qaldı və biz makroncığazları görürük. Bütün bunların fonunda İlham Əliyev çox güclü və parlaq liderdir. Çox güclü insanlar Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Buna misal olaraq bu yaxınlarda iki liderin şəxsi görüşü çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq səviyyəsinin necə yüksəlməsini göstərmək olar. Çünki hamı gözəl anlayır ki, Azərbaycanın müasir dünyada rolu artır. O, prezidentin müdrik siyasəti sayəsində inkişaf edir.

Bugünkü Azərbaycanın uğuru təkcə Bakının hazırkı dünya gündəminə baxışının nəticəsi deyil, həm də onun təşəbbüskarlığıdır. Strateji proqnozlaşdırma, sonradan qlobal dünya tendensiyalarına çevrilən təşəbbüslər əsasında gələcəyin proqnozlaşdırılması Azərbaycan Prezidentinin güclü cəhətidir. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Media Forumunun platformasından dünyaya mühüm mesajlar verdi ki, bu da trendə çevriləcək və çevrilməkdə olan, bir çox sahələrdə gələcək inkişafı müəyyən mənada müəyyən edəcək”.

Tarix
2024.07.23 / 12:36
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

İlham Əliyevin İtaliya səfəri başa çatdı

Prezidentin onunla səmimi görüşü diqqət çəkdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla