Yuxarı

Bakının Kiyevə ayırdığı 1 milyardda siyasi izlər – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynaya Azərbaycanın verdiyi pul Qərbin tövsiyələri əsasında icra edilmiş bir şeydir".

Bunu "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Azərbaycan Qərbə görə Ukraynaya pul ayırır

O, Azərbaycanın ayıracağı borcu hansı hökumətə verməsinə diqqət yetirməli olduğunu bildirib: "1 milyard Azərbaycanın ümumi daxili məhsulunun təxminən iki faizindən də azdır. Bu elə də böyük problem deyil. Bu biri tərəfdən, Azərbaycan-Ukrayna münasibətləri yaxşıdır və prezidentlər də dostdur. Bunlar da əsas verir ki, Azərbaycan Ukraynaya kömək etsin. Əsas məsələ odur ki, bu kredit kimə veriləcək. Baxın, Rusiya 15 milyard pul ayırmışdı. Sonra dedi ki, bunu dayandırıram. Azarov istefaya gedəndə isə Rusiya qayıdıb söylədi ki, mən hansı hökumətə pulu verəcəyəm? Yəni biz bilməliyik ki, borcu kimə veririk. Azərbaycan da borcu verəndə bilməlidir ki, kimə verir bu borcu".

Politoloq Azərbaycanın bu pulu Qərbin tövsiyələri əsasında ayırdığını qeyd edib: "Yəni bu pul Azərbaycanın Rusiyanın verdiyi 15 milyardın davamı kimə baxılmamalıdır. Bu, Qərbin tövsiyəsiylə atılmış bir addımdır. Yəni Qərb Ukrayna üçün sərbəst maliyyə qaynaqları axtarır və bizim pulumuz olduğunu görüb müraciət edir. Bir tərəfdən də qorxulu heç bir şey yoxdur. Ukrayna hər zaman bizim dostumuz olub. Digər yöndən isə Ukraynada oliqarxlar var ki, onlar istəsələr, toplaşıb öz ölkələrinə Azərbaycandan daha çox pul verə bilərlər".

Ukraynada oliqarxlar savaşı gedir

Z.Əlizadə həmçinin Ukraynada oliqarxlar savaşının getdiyini və Yanukoviçin onların istəklərini ödəyə bilmədiyinə görə, istefaya göndərilmək istədiyini bildirib: "Mən bayaq dedim ki, Azərbaycanın Ukraynaya ayırmaq istədiyi yardım Qərbin vermək istədiyi pullardır. İkincisi Yanukoviçə qarşı toplaşanlara baxın. Heç orada oturanların əksər hissəsinin Avropadan xəbəri belə yoxdur. Kim iki ay gedib Maydanda otura bilər? Bəs bunun ailəsinə pulu kim qazanacaq? Görünür, kimsə onları maliyyələşdirir. Ukraynada oliqarxların savaşı gedir. Onları da maliyyələşdirən "konfetlər kralı" Proşenkodur. Sadəcə, Yanukoviçi devirib, yerinə başqasını qoymaq istəyirlər. Mən yenə deyirəm, Ukraynaya verilən pul Rusiyanın ayırdığı 15 milyardın üzərinə yazılmamalıdır. Bu, Qərbin ayırdığı borcların içində yer alır".

Qeyd edək ki, bir müddət öncə millət vəkili Asim Mollazadə "Blomberq"ə verdiyi açıqlamada Azərbaycanın Ukraynaya 1 milyard ayıracağını demişdi.

Tarix
2014.02.12 / 11:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla