Yuxarı

Britaniya parlamentində Azərbaycan əleyhinə müzakirə - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya parlamentində Azərbaycan əleyhinə müzakirə - Şok

Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasında Dağlıq Qarabağ konflikti müzakirə olunub.

"Axar.az" xəbər verir ki, bu informasiya ilə erməni mətbuatı çıxış edib.

Parlamentdə çıxış edən deputat Stiven Paund Böyük Britaniyanın bu konfliktdə daha aktiv vəziyyətə keçməsini təklif edib:

"Biz bu konfliktin həll edilməsi üçün çalışmalıyıq. Mən Dağlıq Qarabağda - dünyanın ən gözəl guşələrindən birində belə bir konfliktin hökm sürməsinə inana bilmirəm. Mən Dağlıq Qarabağı hələ də yaddan çıxara bilmirəm. Buranın gözəl təbiəti və 2000 illik erməni kilsələrini xüsusilə".

O, Britaniyanın erməni soyqırımı məsələsində mövqeyini ortaya qoymağa çağırıb:

"Erməni soyqırımı məsələsini şübhə altına almağın özü biabırçılıqdır. Yalnız bu zaman biz Ermənistana öz dostluğumuzu göstərə bilərik. Biz həmçinin 2004-cü ildə baş verən o qanlı hadisəni yaddan çıxarmamalıyıq. Ramil Səfərov o zaman erməni zabit Qurqen Markanyanı balta ilə öldürmüşdü".

Daha sonra çıxış edən deputat Cim Şenon isə guya Azərbaycanda xristianların sıxışdırıldığını söyləyib:

"Azərbaycanda 2010-cu il 1 yanvarında qeydiyyatdan keçənlərdən kənar heç biri indiyə qədər qeydiyyata düşə bilmir. Bu kimi xristianları ölkədə polis izləyir və həbs edir. Hökumətimiz bununla bağlı Azərbaycan hökumətinə etirazını göndərməməlidirmi?"

Qeyd edək ki, Böyük Britaniya erməni soyqırımını tanımayan ölkələr siyahısındadır.

Xatırladaq ki, 2010-cu ildən sonra 21 qeyri-müsəlman icması Dini Qurumlar Üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib ki, bunlardan 12-si xristian icmasıdır. Ən son qeydiyyatdan keçən xristian icması kimi isə "Həyat sözü"(2012-ci il) xristian dini icması göstərilib.

Tarix
2014.02.12 / 15:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla