Yuxarı

Kərkini bu cür işğal etdik - Akopyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərkini bu cür işğal etdik - Akopyan

Erməni mediası Naxçıvanın Kərki kəndinin işğal olunması ilə bağlı detalları açıqlayıb.

Axar.az xəbər verir ki, Kərkinin işğalı haqda “Qarabağ komitəsi”nin üzvü, hazırda tarix elmləri doktoru olan Aleksan Akopyanın xatirələrindən sitat gətirilib.

Bildirilib ki, Akopyan “məxfilik baxımından” xatirələrində bir çox məqama aydınlıq gətirməyib, ancaq Kərki adının işğaldan sonra niyə “Tiqranaşen”ə dəyişdirildiyini izah edib.

Akopyanın xatirələrindən bəlli olur ki, Kərkinin strateji əhəmiyyətini dərk edən ermənilər bu kəndi ələ keçirmək üçün xüsusi əməliyyat hazırlayıblar. İddiaya görə, 1989-cu ilin yanvarında azərbaycanlıların özünümüdafiə dəstələri kəndi qorumağa çalışıb.

“Vazgen Sərkisyanın başçılıq etdiyi Araratdan olan dəstəmiz əməliyyat hazırlayıb, “Qarabağ komitəsi” ilə razılaşmış formada hücuma keçdi. Yanvarın 16-da bizim oğlanlar kəndə girib “bütün yaraqlıları” qovdular. Amma kənddə onların (azərbaycanlıların – red.) çevik polislərindən (Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) nəzərdə tutulur – red.) əlavə, sovet daxili qoşunlarının kiçik bir qrupu da var idi. Onların xahişi ilə biz geri çəkildik. Kəndə hücum zamanı Armaş kəndindən olan Tiqranı qurban verdik. Ona görə kəndi alandan sonra adını Tiqranaşen qoyduq”, - Akopyan yazıb.

Onun sözlərinə görə, Sərkisyanın dəstəsi geri çəkiləndən sonra azərbaycanlılar Kərkini tərk ediblər:

“Vazgen Sərkisyanın və onun silahdaşlarının böyük səyləri sayəsində Zəngəzura gedən yolu itirmək kimi real təhlükənin qarşısı alındı. Zəngəzura gedən yol Kərkidən atəşə tutulurdu”.

Tarix
2024.08.05 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla