Yuxarı

Pezeşkian yeni nazirlərini açıqladı - Bakı üçün kritik isim

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian yeni nazirlərini açıqladı - Bakı üçün kritik isim

İran Prezidenti Məsud Pezeşkian yeni nazirlərini müəyyən edib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Pezeşkian xarici ilər naziri postuna Abbas Arakçinin, müdafiə naziri vəzifəsinə isə Əziz Nəsirzadənin namizədliyini irəli sürüb.

Bundan başqa, Pezeşkian kəşfiyyat naziri vəzifəsində olan İsmayıl Xətibin yenidən bu vəzifəyə namizədliyini irəli sürüb. Onun irəli sürdüyü namizədləri parlament təsdiqləməlidir.

Qeyd edək ki, Arakçi Həsən Ruhani dövründə xarici işlər nazirinin müavini işləyib. SEPAH-da uzun müddət xidmət edən Arakçi sonra İranın Qərblə nüvə danışıqlarının aparılmasında aktiv iştirak edib.

Arakçi həmçinin İkinci Qarabağ müharibəsindən sonra İranın Qafqazdakı situasiyaya müdaxilə edib, Azərbaycana qarşı təzyiqlər yaratmağa çalışdığı dönəmdə Tehranın planlarını gerçəkləşdirən əsas diplomatlardan olub.

Bundan başqa, o, Azərbaycanla İranı “bir millət, iki dövlət” adlandırması ilə də diqqət çəkmişdi.

Əziz Nəsirzadəyə gəlincə isə o, İran ordusunun baş qərargah rəisinin birinci müavinidir.

Tarix
2024.08.11 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla