Yuxarı

"Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

Dünən - aprelin 1-dən 2-nə keçən gecə erməni separatçı qüvvələri cəbhənin Tərtər istiqamətində növbəti dəfə atəşkəsi pozublar. Gecə saatlarından başlayaraq bu hal daha da intensivləşib. Ağır texnikalardan, iri çaplı silahlardan güclü şəkildə istifadə olunması yerli əhali üçün gözlənilməz olub və böyük təhlükə yaradıb. Dinc sakinlər arasında ölən və yaralananlar var.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Rövşən Rzayev Milli Məclisin mətbuat xidmətinə bildirib.

"ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etməsinə baxmayaraq qarşı tərəf atəşkəs rejiminin tələblərinə riayət etmir. Azərbaycanın məsələnin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir. Ermənistan dövlətinin apardığı işğalçılıq və təcavüzkar siyasət münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Ona görə də bu atışmaların dərhal qarşısı alınmalı, ATƏT-in Minsk Qrupu öz fəaliyyətini təcili gücləndirməlidir. Sülh danışıqları prosesi davam etdirilməlidir. Beynəlxalq təşkilatlar məsələyə münasibət bildirməli, atəşkəs bərpa olunmalıdır. Əks halda münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır nəticələrə səbəb olar. Bunun isə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür", - Rövşən Rzayev deyib.

Tarix
2016.04.02 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla