Yuxarı

Müdafiə Nazirliyi: “Ermənilər saxtakarlığa əl atırlar”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə Nazirliyi: “Ermənilər saxtakarlığa əl atırlar”

Ermənilər öz itkilərini pərdələmək üçün hər növ saxtakarlığa əl atırlar. Bu, ilk dəfə deyil, dəfələrlə bunun şahidi olmuşuq. Gün ərzində erməni mətbuatının yaydığı məlumatlar yalandır, saxtakarlığa yol verilir, real vəziyyəti və həqiqəti əks etdirmir.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, ermənilərin internet saytlarında yaydıqları həlak olmuş Azərbaycan əsgərlərinin meyitlərinin və vurulmuş pilotsuz uçuş aparatının görüntüsü saxtadır: "Həmin videoların erməni tərəfinin öz itkilərini pərdələmək üçün növbəti saxtakarlığı olduğunu videokadrlardan görmək olar. Videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir. Videoda göstərilən PUA isə Azərbaycan Silahlı Qüvvələrinin balansında mövcud deyil. Azərbaycan ordusunda bu PUA modeli yoxdur. Bu video erməni tərəfinin növbəti saxtakarlığıdır".

Tarix
2016.04.02 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycanla bu ölkə arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla