Yuxarı

Təbrizli tələbələr Qarabağa görə toplaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-də Qarabağ cəbhəsində baş verənlərə etiraz olaraq küçələrə çıxıb erməni işğalını lənətləyən təbrizli gənclər Azərbaycan Respublikasına dəstək məqsədilə növbəti addımlar atmağa hazırlaşır.

Bu barədə adının çəkilməsini istəməyən güneyli tələbələrdən birinin Musavat.com-a verdiyi məlumata görə, məqsəd Ermənistanın Azərbaycan ərazilərini işğalına etiraz etmək və rəsmi Tehranın işğalçı ölkə ilə əlaqələrinin kəsilməsinə nail olmaqdır. Təbriz Universitetində təhsil alan tələbələrin "İslam torpağı" adlı təşkilatı yaxın günlərdə Qarabağdakı son qarşıdurmaları geniş müzakirə etməyi planlaşdırır. Həmçinin tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması barədə həqiqətlərin yayılması nəzərdə tutulur.

"Təşkilat üzvlərinin əsas mövqeyi budur ki, İrəvan Tehranla münasibətlərdə gərək Qarabağın işğalı faktını nəzərə alsın. Ermənistan işğalçı ölkədir, əgər istəyirsə ki, İran İslam Respublikası ilə münasibətləri davam etsin, o halda İslam torpaqlarından çıxmalıdır", - mənbəmiz bildirdi.

Təbrizdəki mənbəmiz əlavə etdi ki, aprelin 2-də Ermənistan orusunun atdığı üç mərminin Xudafərin şəhərinə düşməsi də kəskin etirazlar doğurub və yerli əhalini hiddətləndirib.

Xatırladaq ki, ötən gecə təbrizlilər Azərbaycana dəstək üçün "Qarabağ bizimdir, bizim olacaq" şüarı altında aksiya keçiriblər.

Tarix
2016.04.03 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla