Yuxarı

Misir nəşri İlham Əliyevin çıxışından yazdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir nəşri İlham Əliyevin çıxışından yazdı - Foto

Misirin AlYoum7 nəşri "İlham Əliyev: Ermənistan atəşkəs rejimini pozub" sərlövhəli material dərc edib.

AzərTac xəbər verir ki, nəşr Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Təhlükəsizlik Şurasının aprelin 3-də keçirilən iclasında verdiyi bəyanata istinadla yazır ki, Azərbaycan dövlətinin başçısı Ermənistanı Dağlıq Qüarabağ münaqişəsi zonasında atəşkəs rejimini pozmaqda ittiham edib.

Nəşr Prezident İlham Əliyevin Ermənistanın bütün beynəlxalq normaları pozması barədə sözlərini də sitat gətirib. Azərbaycan Prezidenti deyib ki, biz münaqişənin nizama salınması ilə bağlı prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Bununla belə, biz danışıqlara tərəfdarıq və bundan sonra da çalışacağıq ki, münaqişə sülh yolu ilə həllini tapsın. Bununla yanaşı, biz ordumuzun qüdrətini artıracağıq.

Azərbaycan Prezidenti bəyan edib ki, biz öz torpağımızda döyüşürük. Erməni əsgəri ölmək istəmirsə, qoy Azərbaycan torpağından rədd olsun. Azərbaycan dövlətinin başçısı vurğulayıb ki, aprelin 2-si ermənilər üçün yaxşı ibrət dərsi olacaq.

"AlYoum7" yazır ki, Azərbaycan Müdafiə Nazirliyi separatçıların 10 tankının və ermənilərin xeyli sayda canlı qüvvəsinin məhv edildiyini bəyan edib.

Tarix
2016.04.04 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatiyada tarixi və diqqətçəkən dönüş nöqtəsi...

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla