Yuxarı

BBC Qarabağla bağlı səhvə düzəliş etdi - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BBC Qarabağla bağlı səhvə düzəliş etdi - Yeniləndi

00:43

Avropa Azərbaycan Cəmiyyəti (AAC) BBC kampaniyasına Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son qarşıdurma ilə bağlı tutduğu qərəzli və tərəfli mövqeyi qınayıb.

APA-nın xəbərinə görə, cəmiyyətin məktubunda BBC-nin daim tərəfsiz və obyektiv xəbər prinsipinə sadiq qaldığı xatırladılır.

"Lakin BBC son hadisə ilə bağlı xəbərlərdə BMT Təhlükəsizlik Şurasının bu münaqişəyə dair qəbul etdiyi qətnamələri qeyd etmir. Halbuki bu qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycanın süveren ərazilərindən dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir. Hansı ki, bundan sonra bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz yurd-yuvalarına qayıda bilər", - məktubda bildirilir.

"Əgər Ermənistan qeyri-qanuni olaraq uzun illər Azərbaycanın ərazilərini işğal altında saxlamasaydı, orada münaqişə olardımı? BBC Liviya, İraq və Suriya kimi münaqişələrlə bağlı BMT-nin bəyanat və qətnamələrinə daim istinad edib. BMT-nin bu məsələyə dair mövqeyini də qeyd etmək daha məqsədə uyğun olmazdımı?" - etiraz məktubunda vurğulanır.

AAC həmçinin BBC-nin məsələnin "xristian Ermənistanı ilə müsəlman Azərbaycanı arasında dini münaqişə" kimi təqdim etməsinə də etirazını bildirib: "Bu münaqişə iki tərəfin dini fikir ayrılığı ilə bağlı deyil. Bu, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan torpaqlarının zəbt edilməsidir. İndi isə açıq-aşkar daha da çox torpaq işğal etmək cəhdidir".

Eyni zamanda, BBC-də yayılmış yazılardan birində "Qarabağ" sözünün fars kökənli olduğunun qeyd edilməsi də qınanılıb:

"Qarabağ" Azərbaycan sözüdür, eləcə də Dağlıq Qarabağ Azərbaycanın ərazisidir".

AAC sosial media və email vasitəsi ilə BBC-nin tərəfli mövqeyinə etiraz etməyə çağırıb.

01:22

BBC kampaniyası Ermənistan Azərbaycan qoşunlarının təmas xəttindəki son qarşıdurma ilə bağlı Rayhan Demytrienin məqaləsinə bəzi düzəlişlər edib.

Məqalədə Avropa Azərbaycan Cəmiyyətinin etiraz məktubunda göstərdiyi məqamların bəziləri əlavə edilib, korrektələr olunub.

Tarix
2016.04.04 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla