Yuxarı

NTV-dən saxtakarlıq - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NTV-dən saxtakarlıq - Video

Rusiyanın NTV kanalı Azərbaycana qarşı növbəti təxribatı həyata keçirib.

Axar.az xəbər verir ki, telekanal Qarabağ separatçılarının "Moksva nümayəndəsi" Albert Andryanın müsahibəsindən sonra Tərtərdə düşmənin atdığı mərminin yararsız hala saldığı VAZ-2107 markalı avtomobili təqdim edib. Bundan sonra televiziyanın aparıcısı atəş nəticəsində 2 uşağın həlak olduğunu bildirib.

Əslində isə kadrlarda görünən avtomobil ermənilərin atdığı minaatan mərmisi nəticəsində Tərtərin Qarağac kəndindəki dağıntını əks etdirir. Erməni vandallarının dicn əhalini hədəf alması evin dağılmasına, avtomobilin yararsız hala düşməsinə və iki mülki şəxsin ölümünə səbəb olub. Belə ki, Ağdam rayonundan məcburi köçkün Cəlal Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib. O.Rəhimov xəstəxanaya aparılarkən yolda keçinib.

Maraqlıdır ki, NTV bunların heç birinə nəzər yetirmədən ermənilərin bir müddət öncə iki uşağın ölməsi ilə bağlı yaydığı məlumatı məhz həmin kadrlarla birgə təqdim edib.

Digər önəmli məqam isə NTV-nin qondarma rejimi müstəqil dövlət kimi təqdim etməsidir.

Tarix
2016.04.04 / 14:43
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla