Yuxarı

Yunan Kiprindən Bakı ilə bağlı saxta xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan mətbuatı Azərbaycandan Cənubi Kiprə birbaşa aviareys açıldığı barədə saxta məlumat yayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, yunan mətbuatının iddiasına görə, guya Bakıdan Cənubi Kiprin Larnaka şəhərinə birbaşa aviareyslərə başlanılıb və avqustun 21-də ilk uçuş yerinə yetirilib.

Lakin kiçik araşdırmadan məlum olur ki, yunan tərəfi siyasi məqsədlər, eyni zamanda Şimali Kip Türk Cümhuriyyətinin əhalisi arasında Azərbaycana qarşı narazılıq yaratmaq niyyəti ilə bilərəkdən yalan məlumat yayıb.

Belə ki, burada söhbət Bakının "Zirə" futbol komandasının Konfrans Liqasında Cənubi Kiprin "Omoniya" komandası ilə oyun üçün bu ölkəyə səfərindən gedir. "Zirə" komandası avqustun 21-də qarşılaşma üçün çarter reysi ilə Bakıdan Larnaka şəhərinə uçub. Qarşılaşma avqustun 22-də keçirilib.

Avqustun 23-də isə "Zirə" komandası çarter reysi Larnakadan Bakıya qayıdıb. Yunan tərəfi bunu bildiyi halda "Zirə"ni daşıyan təyyarənin səfərini Azərbaycanla Cənubi Kipr arasında birbaşa aviareyslərin başlanması kimi təqdim edərək, saxta məlumat yayıb.

Məlumdur ki, Azərbaycanın Cənubi Kiprlə nə diplomatik əlaqələri var, nə də bu diplomatik əlaqələri qurmağı planlaşdırır. Əksinə, Azərbaycan son vaxtlar Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri daha da yaxınlaşdırmağa başlayıb.

Yunan tərəfinin məhz Azərbaycanla Şimali Kipr arasında münasibətlərə xələl gətirmək üçün bu cür ucuz üsullara əl atdığı şübhə doğurmur.

Tarix
2024.08.25 / 01:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bizə iki tərəfdən də zərbə vurur - Mütəhhəri

Kreml və Bakının yeni vəzifəsi… - Rusiyadan baxış

İran Zəngəzur dəhlizini niyə istəmir? – Fyodorov

Təl-Əviv cənazəni Bakıya göndərdi, sonra İstanbula...

Zəngəzur açılacaq, Rusiya üstünə düşüb – Məmmədyarov

10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi

Əlifbamıza iki hərf əlavə olunur? – Akademik açıqladı

Putinin Türkiyəyə şərti: doğrudanmı təhlükə var? - Ağar

ABŞ İrəvana qrantı ikiqat artırdı: Səbəb Tiflis və Zəngəzurdur

Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla