Axar.az
Yuxarı

İranlı nazirdən Azərbaycana təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnformasiya Texnologiyaları və Kommunikasiya naziri Mahmud Vaizi ilə İqtisadiyyat naziri Şahin Mustafayev arasında telefon danışığı baş tutub.

Axar.az İRNA-ya istinadən xəbər verir ki, telefon danışığında iranlı nazir cəbhədə baş verən hadisələrə münasibət bildirərək, iki ölkə arasında gərginliyin azaldılmasını və ölkəsinin bu istiqamətdə bütün imkanlardan istifadə etməyə hazır olduğunu deyib.

Vaizi qarşıdurmaların davam etməsinin bütün region xalqlarına böyük zərər verəcəyini diqqətə çatdırıb.

Şahin Mustafayev də öz növbəsində Ermənistanın təcavüzkar siyasəti barədə iranlı həmkarına məlumat verib. O, İranın göstərdiyi səylərə görə təşəkkür edib və Azərbaycanın ən qısa müddətdə qarşıdurmaların sona çatmasını istədiyini və birtərəfli qaydada atəşkəs elan etdiyini diqqətə çatdırıb.

Telefon danışığında Prezident İlham Əliyevin İran səfəri müzakirə olunub.

Tarix
2016.04.05 / 10:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan Ordusu iki keçmiş hərbçini geri qaytardı

Paşinyanın Ərdoğanla görüşmək arzusu: Ankaranın şərti var...

İran Azərbaycanla sərhəddəki təlimə SEPAH-ı cəlb etdi

Rus gəmilərin Bakıda "Mehtər" marşı ilə qarşılanması...

Türkiyənin Qafqazdakı rolu... – Amerikalı politoloq

Rusiya MN-in təxribatçı məlumatına MN-dən cavab

Rusiya MN-nin yeni təxribatı: Şuşaya atəş və iki yaralı...

Qarabağ müharibəsi dünyanın dəyişdiyini göstərdi - Sərkisyan

Fariz Babayev bu xəstəxanaya direktor təyin edildi

Qarabağ savaşından sonra iki qlobal güc var - Maqid

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla