Yuxarı

Minsk Qrupu bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minsk Qrupu bəyanat yaydı

Biz, ATƏT-in Minsk Qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya, təmas xəttində görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu ölkələrinin birgə bəyanatında deyilir.

Bəyanatda toqquşmalardan əziyyət çəkmiş ailələrə başsağlığı verilir:

"Biz tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi yolla həlli yoxdur.

Vəziyyətin pisləşməsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında hərtərəfli sülh sazişi üzrə təcili danışıqlara ehtiyacın olduğunu göstərir. Minsk qrupuna üzv ölkələrin nümayəndələri Rusiya, ABŞ və Fransa həmsədrlərinin vasitəçilik səylərinə dəstəklərini ifadə edir, tərəflərlə mümkün qədər tez bir zamanda birbaşa məsləhətləşmələrin aparılması ilə bağlı planlarını alqışlayırlar".

Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk Qrupu ölkələrinin geniş formatda görüşü baş tutub.

Tarix
2016.04.05 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla