Yuxarı

Ramil Usubov Həmbriklə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov Həmbriklə görüşdü

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq.

Bu fikir aprelin 5-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbrikin görüşündə səslənib.

Axar.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir respublikamızın Birləşmiş Ştatlarla bütün sahələrdə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakının, ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsləri ilə keçirdiyi görüşlərin, apardığı danışıqların əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb.

Problemlərdən danışan daxili işlər naziri ölkəmizin transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan terrorçuluqdan əziyyət çəkdiyini, hələ ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərin əvvəllərində Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdiyi 32 terror aktı nəticəsində 2 mindən çox vətəndaşımızın qətlə yetirildiyini bildirib. Eyni zamanda, 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-ın təşəbbüsü ilə yaradılmış anti-terror koalisiyasında fəal iştirak etdiyi, respublikamızın bu qlobal bəlaya qarşı mübarizəyə öz töhfələrini verdiyi qonağın nəzərinə çatdırılıb.

Azərbaycanın əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz dövlətlərdən biri olduğu, burada müxtəlif dinlərdən, millətlərdən olan xalqların tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşadıqları, 2016-cı ilin respublikamızda "Multikulturalizm ili" elan edildiyi vurğulanıb.

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Con Həmbrik 2014-cü ildə ölkəmizdə insan alverinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirakını xatırladıb. O, ötən dövrdə Bakının simasının xeyli dəyişdiyini və gözəlləşdiyini diqqətə çatdırıb.

Qonaq Nevada ştatının ölkəmizlə ticari-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu, rəhbərlik etdiyi ştatın assambleyasının respublikamıza dəstək ifadə edən qətnamə qəbul etdiyini söyləyib. Con Həmbrik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə tərəfdar olduğunu deyib, bu məsələdə hər zaman ölkəmizin yanında olacaqlarını bildirib.

Tarix
2016.04.05 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla