Yuxarı

Libermandan Qarabağla bağlı sərt mövqe

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan beynəlxalq birlik tərəfindən qəbul edilmiş normalar çərçivəsində özünü çox məsuliyyətlə aparır.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin sabiq Xarici İşlər naziri, İsrail – Bizim Evimiz Partiyasının rəhbəri Aviqdor Liberman deyib. Liberman qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi regionun tarixinə, coğrafiyasına, demoqrafik faktlara əsaslanır.

O vurğulayıb ki, qoşunların təmas xəttində istənilən provokasiyalar beynəlxalq hüquqların pozulmasıdır. Ermənistanın olayın ciddiliyini tamamilə anlayacağını deyən Liberman İrəvanın özünü hüquq normaları çərçivəsində aparacağına ümid etdiyini bildirib:

"Mən çox ümid edirəm ki, beynəlxalq cəmiyyət, ATƏT-in Minsk Qrupu indiki halda obyektiv olacaq, faktlara əsaslanacaq, birtərəfli mövqe ortaya qoymayacaq".

Onun sözlərinə görə, beynəlxalq cəmiyyətin dəqiq mövqeyi münaqişənin həllində çox əhəmiyyətli rol oynaya bilər:

"Son hadisələr göstərdi ki, münaqişənin uzanması real faktlardan, obyektiv mövqedən uzaqlaşmağa, problemin həllinə yardımçı olmur: Biz, sözsüz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyinin sərgilədiyi ədalətli mövqeni təəssüf ki, başqaları göstərmir".

Tarix
2016.04.06 / 09:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla