Yuxarı

"Ermənistan atəş açmaqda davam edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında İsrail KİV-lərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycan və İsrail arasında sıx əlaqələrin olduğunu və yəhudilərin ölkəmizdə digər millətlərin nümayəndələri ilə bərabərhüquqlu şəkildə, sülh şəraitində yaşadığını qeyd edib. Azay Quliyev Azərbaycanda yüzillərdən bəri mövcud olan multikultural mühitin digər dövlətlər üçün də model rolunu oynadığını deyib.

Azay Quliyev xarici media nümayəndələrinin Azərbaycana səfərinin ölkəmiz üçün həssas bir dövrə təsadüf etdiyini bildirib. Aprelin 2-dən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin hücumu və törətdiyi təxribatlar nəticəsində 10 mülki şəxs və 31 hərbiçimiz həlak olub, onlarla insan yaralanıb, 200-dən artıq şəxsi ev və ictimai bina dağıdılıb. Azərbaycanın atəşkəs elan etməsinə baxmayaraq Ermənistan mülki vətəndaşlara və obyektlərə atəş açmaqda hələ də davam edir.

Şura sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ön cəbhədə yaranmış vəziyyətlə bağlı media nümayəndələrinə ətraflı məlumat verib: "Hazırda qoşunların təmas xətti Azərbaycanın BMT tərəfindən tanınan sərhədləri daxilində, yəni bizim ərazilərimizdən keçir. İşğalçıların nəzarət etdikləri ərazilərdə təmas xətti boyunca mülki əhali yaşamır. Qoşunların təmas xəttinin Azərbaycanın nəzarətində olan ərazilərində isə yüz minlərlə insan məskunlaşıb və onlar mütamadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalır". Azay Quliyev BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin ötən 23 il ərzində icra olunmadığını bildirib.

Sonra Şura sədri İsrail KİV-lərinin təmsilçilərinin suallarını cavablandırıb.

Azay Quliyev İsrail parlamentinin vitse-spikerinin bu günlərdə Azərbaycan əlehinə bəyanat verməsinə münasibət bildirərək dövlətimizin təhqir edilməsinin yolverilməz olduğunu və belə halların Azərbaycan-İsrail dostluq münasibətlərinə xələl gətirmək məqsədi daşıdığını vurğulayıb. Şura sədri İsrail KİV-lərinin təmsilçilərini ölkəmiz və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətə, dünya yəhudilərinə obyektiv məlumatlar çatdırmağa çağırıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan təqdimat nümayiş olunub.

Tarix
2016.04.07 / 00:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla