Axar.az
Yuxarı

Hollandiyada Ermənistana qarşı etiraz - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-də Ermənistanın Hollandiya Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.

Axar.az Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, aksiya Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub.

Etiraz aksiyasında Den Haaq Türk İslam Kültür Vəqfi, Holandiya "Turan gəncliyi" dərnəyi, Hollandiyanın "Odlar Yurdu", "Azərbaycan Evi", Brabant Azərbaycanlıları Cəmiyyəti, Almaniyanın Bilefeld Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri, həmçinin Hollandiyada yaşayan Azərbaycan və türk diaspor nümayəndələri iştirak ediblər. Bundan başqa, aksiyaya uyğur, noqay və türkmən diasporunun nümayəndələri də qoşulub. Ümumilikdə, aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.

Aksiyada Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin başçısı İlhan Aşqın, BAK-ın vitse-prezidenti Elsevər Məmmədov, Ana Vətən Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva, Den Haaq Türk İslam Kültür Vəqfinin başçısı Tahsin Çətinkaya və Azərbaycan diasporunun digər fəalları çıxış edərək son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini pisləyib.

İştirakçılar, eyni zamanda qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər.

Səfirlik əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməkdən imtina ediblər. Lakin diaspor fəalları çətinliklə də olsa bəyanatı səfirliyin poçt qutusuna atıblar. Aksiyanın sonunda iştirakçılar Ermənistan səfirliyinin önünə qara çələng qoyublar.

Tarix
2016.04.07 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla bu istiqamətdə danışıqlar gedir - Qazaxıstan

Bu təcridxanalarda nöqsanlar aşkar olundu - Foto

ABŞ səfirliyi bu azərbaycanlı ilə bağlı açıqlama yaydı - Video

Azərbaycan və Türkiyənin növbəti təlimi başladı - Video

Şəhid anasına oğlunun sağ olduğunu deyib... - Video

Ölkəmizdə koronaya yoluxma sayı mindən aşağı düşdü

Karapetyan Qarabağa milyonlarla dollar yatırır

Türk Şurasının işinə töhfə verməyə davam edəcəyik - Deputat

Politoloqdan Amilə: Donuz quyruğunda az eşələnin!

Həsənov və Nağıyev Üç qardaş-2021 təlimində - Video

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla