Yuxarı

Bayrağın qiyməti qalxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrağın qiyməti qalxdı

Bir az əvvəl, son günlərin əsas hadisələri fonunda satış mərkəzlərində üçrəngli bayrağımızın qiymətinin qalxdığını gördüm.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc yazıb. Deputat qeyd edib ki, vətənin dəyəri, torpağın müqəddəsliyi onu yenidən qazanmaqla ölçüldüyündən indi hər şeyin mənası dəyişir və əhəmiyyəti artır:

"Yəqin, sadəcə, materialına çəkilən xərcin hesabına istehsalçı şirkətlərimiz son durumdan yararlanmaq istəyiblər. Əlbəttə, qoy olsun. Məğlubiyyət, hətta ən dəyərli varlığı belə gözdən salır, heçə çevirir. İndi qalib şəhidlərin qanı hesabına bayrağımızın qiyməti qalxıb. Onu uca edən və yüz minlərlə oğlumuza-qızımıza sevdirən də bax budur. Sezar hər zaman bayrağı əsgərlərin özüylə aparmasını əmr edərmiş. Yəqin, qanlı döyüşlərə atılan cəngavərlərin gücünü artıran kətan parçanın nə qədər möhkəm zireh olduğunu qüdrətli imperator da yaxşı bilirmiş. Tarix bayraqları bələk və kəfən etməklə ona ikili tale yaşadıb. Amma bayraqlar heç zaman ölmür və basdırılımır. Yalnız insan övladı başlanğıcdan sona qədər bir libası geyinə bilir. Bəxtəvər o adamın başına ki, son mənzilə yola düşərkən üstünə bayraq çəkilsin. İndi özünüz hesablayın, son geyimin qiyməti neçəyədir?

Görürüsünüz, ərəb dünyasındakı münaqişələrin nəticəsi Nyu York birjalarında necə tez hiss olunur? Çünki müharibələri aparan tanklar-toplar iqtisadiyyatın da əsas çəkici qüvvələridir. Qan və neftin qiymətini sinxronlaşdıranlara isə Azərbaycan əsgəri fərqli bir reallıq təklif etdi. Qoy, hər zaman torpaqlara tökülən insan qanları milli ruhun simvolu olan bayraqların qiymətini qaldırsın. "İlahi təpə" dediyiniz o yüksəkliyə hansı qiymətə bayraq alıb sancmaq istərdiniz?.."

Tarix
2016.04.07 / 22:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla