Yuxarı

Ermənilərin silah dolu maşın yalanı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin silah dolu maşın yalanı

Ötən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya hərbi texnika ilə dolu maşınının ələ keçirilməsi barədə məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Trend-ə bildirib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat növbəti dezinformasiyadır: "Heç bir hərbi təhlükə mənbəyi olmayan, qeyri-döyüş nəqliyyat vasitəsinə qarşı xüsusi təyinatlıların cəlb edilməsi ilə əməliyyatın təşkil edilərək keçirilməsi yalnız Ermənistan Müdafiə Nazirliyinin ağlına gələ bilərdi. Hətta Ermənistanın hərbi nazirliyi bu barədə bütün dünyaya car çəkməkdən belə utanmayaraq bununla "fəxr" edir.

Hər kəsə məlumdur ki, bu tip nəqliyyat vasitəsi heç bir döyüş və müdafiə vasitəsi ilə təmin olunmadığından hərbi təhlükə mənbəyi ola bilməz".

V.Dərgahlı qeyd edib ki, döyüş meydanında məğlubiyyətə uğrayan erməni hərbi rəhbərliyi müxtəlif əfsanələr və gülüş doğuracaq hadisələr uydurmaqla əhalisini sakitləşdirməklə rahatlıq tapmağa çalışır: "Sirr deyil ki, həqiqətən hərbi əməliyyatların gedişi zamanı hər iki tərəfdən müxtəlif növ texnikalar vurulub və ya sıradan çıxarılıb. Ehtimal etmək olar ki, aktiv döyüş toqquşmaları sona çatdıqdan sonra Ermənistan Müdafiə Nazirliyi öz aktivinə daha bir "xəyali qələbəni" əlavə etmək qərarına gəlib.

Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Azərbaycan ərazisində xüsusi əməliyyatın keçirilməsi barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu tip bəyanatın yayılması onların məsuliyyətsizliyinin, əldə olunan razılaşmalara saymazyana münasibətin bariz nümunəsidir və atəşkəs rejimini erməni tərəfinin pozmasının sübutudur".

Tarix
2016.04.08 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla