Yuxarı

Ermənilər meyitlərini hissə-hissə açıqlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər meyitlərini hissə-hissə açıqlayır

Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb.

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.

Nazirlik rəsmi olaraq bildirib ki, razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir:

"Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır".

Tarix
2016.04.08 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla