Yuxarı

FHN Akademiyasının saytı ləğv edildi, yenisi açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Akademiyasının saytı ləğv edildi, yenisi açıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının internet informasiya resursu (www.fhna.edu.az) istifadəyə verilib.

Axar.az FHN-ə istinadən xəbər verir ki, müasir dizayn və yüksək texniki imkanları özündə birləşdirən internet informasiya resursunun proqram təminatı müvafiq dövlət qurumlarının müəyyən etdiyi meyarlara uyğun hazırlanıb. Bu, istifadəçilərin məlumatlarının təhlükəsizliyini təmin etmək və saytın etibarlılığını artırmaq məqsədini daşıyır.

İstifadəçi rahatlığını nəzərə alaraq müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında hazırlanmış internet informasiya resursu quruluş və məzmun baxımından da istifadəçilər üçün rahatlığı ilə fərqlənir. İnternet informasiya resursunda Akademiyanın fəaliyyəti, mövcud fakültələr, kafedralar, kitabxana, elanlar, qəbul və digər sahələr haqqında ətraflı və asan əldə edilə bilən məlumatlar təqdim olunur. Bu məlumatların əhatəliliyi və əlçatanlığı istifadəçilərə Akademiyanın fəaliyyətinin müxtəlif aspektlərini daha yaxşı başa düşməyə kömək edir.

İnternet informasiya resursunun bir neçə dildə daim yenilənməsi nəzərdə tutulub ki, bu da xarici istifadəçilərin məlumatları asanlıqla əldə etmələrini təmin edir. İnternet informasiya resursunda “Heydər Əliyev Mərkəzi”, “Akademiya həyatı”, elmi-tədqiqat, fotoqalereya bölmələri də mövcuddur. Bu bölmələr Akademiyanın fəaliyyətini vizual olaraq təqdim edir və ictimaiyyəti Akademiyanın yenilikləri ilə tanış edir. İnternet informasiya resursunda Akademiyanın elmi jurnalı üçün ayrıca səhifə hazırlanıb və keçid verilib.

Yeni tədris ilində istifadəyə verilən internet informasiya resursu ümumilikdə Akademiyanın fəaliyyətini daha şəffaf və əlçatan edəcək, həmçinin vətəndaşların Akademiya ilə əlaqəsini daha da asanlaşdıracaq.

Qeyd edək ki, ötən gün FHN Akademiyasının veb-səhifəsinin ləğv edildiyi xəbəri yayılmışdı.

Tarix
2024.09.11 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla