Yuxarı

Talış kəndinin girişinə löhvə asıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordumuzun nəzarəti altına keçən Ağdarə rayonu Talış kəndindəki yüksəklikdə kəndə gedən yolu göstərən lövhə vurulub.

Bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi muxbiri Rahib Qərib məlumat verib.

Hərbçilərin sözlərinə görə, əsgərlərimizin əzmi sayəsində bu yüksəkliklər azad edilib.

"İndi Tapqaraqoyunlu kəndi tam təhlükəsiz vəziyyətdədir. Bu kənd əvvəllər mütəmadi şəkildə düşmən atəşinə məruz qalırdı. Hazırda düşmənin Tapqaraqoyunluya atəş açması qeyri-mümkündür", - hərbçimiz bildirib.

Müxbirin sözlərinə görə, əvvəllər kənd camaatı hətta ölülərini belə dəfn edə bilmirdilər.

"Kəndin ətrafında divar çəkilmişdi. Artıq bu səddi ermənilər çəkməlidir. Çünki indi onların yaşadığı ərazilərə Azərbaycan ordusu nəzarət edir. Buradan Ağdərə rayonu Marquşavan kəndinə qədər əraziləri tamamilə müşahidə etmək mümkündür. Ordumuz yüksəklikdə istənilən silahdan istifadə edib düşmənin digər bölmələrinə zərbə endirməyə hazırdır. Ermənilər hazırda qorxu altında yaşayırlar. Çox güman ki, onlar tezliklə bu mövqeləri tərk edəcəklər", - deyə Rahib Qərib bildirdi.

Tarix
2016.04.08 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla