Yuxarı

Erməni generalı ağır yaralandı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini ağır yaralanıb və gizli şəkildə İrəvanda mülki xəstəxanada müalicə alır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi erməni sosial şəbəkə istifadəçilərinin açıqlamalarından əldə edib.

İşğal altındakı Cəbrayıl ərazisində 5-ci taborda xidmət etdiyini bildirən sosial şəbəkə istifadəçisi Karen Torosyan həmin əraziyə dislokasiya olunmuş qərargah məntəqəsinə atılan mərmi nəticəsində bir neçə yüksək rütbəli zabitlə yanaşı, işğal altındakı Cəbrayıl rayonunda yerləşən alayın komandiri polkovnik Ararat Melkumyan və qərargahda olan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Movses Hakopyanın ağır yaralanması barədə xəbər paylaşıb.

Paylaşımdan məlum olur ki, Ermənistan rəhbərliyi faktı erməni ictimaiyyətindən və hərbi qulluqçulardan gizlətmək məqsədi ilə yaralı olan yüksək vəzifəli şəxsləri aprel ayının 4-də İrəvana gətirərək, orada "Çeryomuşki" massivində yerləşən Respublika Mərkəzi Xəstəxanasında əməliyyat etdirib.

Qeyd edək ki, aprelin 4-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsini dəqiq cavab atəşi ilə darmadağın etmişdi. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilmişdi.

Qeyri-rəsmi məlumatda isə yaralananlar arasında Qarabağ separatçılarının "müdafiə naziri" Levon Mnatsakanyan və general Seyran Saroyanın da olduğu bildirilirdi.

Tarix
2016.04.09 / 10:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla