Yuxarı

REAL-ın namizədinin anonim müraciətinə baxılmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
REAL-ın namizədinin anonim müraciətinə baxılmadı

52 saylı Yevlax Seçki Dairəsi üzrə REAL Partiyasından namizədliyi qeydə alınmış Rəsul Cəfərovun müraciətinə baxılıb.

Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.

Qabil Orucov bildirib ki, Rəsul Cəfərovun DSK-nın hərəkətsizliyindən olan müraciəti anonim şəkildə təqdim edilib.

MSK katibi Mikayıl Rəhimov isə qeyd edib ki, bununla bağlı partiya rəhbərliyi ilə danışıb:

“İlqar müəllimə dedim ki, ona deyin ki, ya özü gedib imza çəksin, ya da elektron imza göndərsin. Daha sonra Rəsul Cəfərov özü mənə zəng etdi ki, o vəkildir və Apellyasiya Məhkəməsində işə çıxır. Mən də dedim ki, MSK katibi kimi məhkəmədən xahiş edərəm, sənin işlərini sabaha keçirər. Amma yenə də imza məsələsi həllini tapmadı”.

MSK Rəsul Cəfərovun DSK-nın hərəkətsizliyindən olan müraciətini anonim olduğu üçün baxılmamış saxlayıb. Seçki məntəqələrində pozuntularla bağlı müraciəti isə vaxtı ötdüyü üçün özünə geri göndərilib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Tarix
2024.09.14 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla