Yuxarı

Düşməni darmadağın edən pilotumuzun yurdunda - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşməni darmadağın edən pilotumuzun yurdunda - Video

ANS-in Gürcüstan bürosunun əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən vurulmuş helikopterdə şəhid olan mayor Təbriz Musazadənin ata yurdunda olub.

Qarabağ müharibəsində 2 şəhid verən Yaqublu kəndinin üçüncü şəhidi Təbriz Musazadədir. Bu evdə dünyaya göz açan Təbriz 4-cü sinfi bitirənə qədər Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alır.

Daha sonra Azərbaycana yollanan Təbriz orta məktəbi Bakı şəhərində bitirir, 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alır. Mayor rütbəsinədək yüksələn hərbçi 35 yaşında ikən qəhrəmancasına həlak oldu.

"Çox cəsur uşaq idi, körpəlikdə də elə idi. Vətən uğrunda Təbriz canından keçdi, Torpağlarımız uğrunda döyüşdü. Həmişə bizdən ötəri o, ürəyimizdə yaşayacaq", - Şəhidin qohumu Şahzadə Musayeva bildirdi.

"Qarabağ haqqında o, çox düşünürdü. Elə niyyətinə çatdı, zabit oldu və Qarabagın azadlığı uğrunda gedən mübarizədə həlak oldu", - Şəhidin müəllimi Ənvər Süleymanov dedi.

Həyatının ilk 10 ilini yaşadığı, hər il məzuniyyətini keçirdiyi bu kənd, bu ev bugün Təbrizin qohumlarının ziyarət yerinə çevrilib. İki oğlan övladı olan Təbriz Musazadənin övladları da atasının yolunu davam etdirmək istəyirlər.

Tarix
2016.04.10 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla