Yuxarı

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Bir müddət əvvəl yanacaqdoldurma məntəqələrini bağlayan şirkətlər qrupu nizamnamə kapitalını kəskin azaldıb.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söhbət "MSDIS Holding” MMC-dən gedir.

Belə ki, şirkət nizamnamə kapitalını 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan 500 manata azaldıb. Beləliklə, şirkətdən 2 571 500 manat geri götürülüb.

Qeyd edək ki, avqust ayında MMC nizamnamə kapitalının hər səhmin nominal dəyərinin azaldılması yolu ilə azaldılacağı barədə elan etmişdi.

Xatırladaq ki, "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsal müəssisəsinə, "MS Kabel" kabel istehsalı müəssisəsinə, "MS Asfalt" asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisəsinə, "MS Laminat”şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir.

Bir müddət əvvəl "MSDIS Holding”ə məxsus "MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb. Həmin məkanlarda SOCAR brendli YDM-lər fəaliyyətə başlayıb.

Tarix
2024.09.18 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla