Yuxarı

Paşinyanın sülh adına imzalamaq istədiyi sənəd budur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında davam edən danışıqlar çərçivəsində masada müzakirə edilən sülh yox, prinsiplər sazişidir. Yəni gələcək sülh sazişinə aid prinsiplər, tezislər orada öz əksini tapıb və bu sazişdə tərəflərin hansısa öhdəlikləri yoxdur. Bu prinsiplər əsasında gələcəkdə hansı danışıqlar gedəcək, onlar təsbit olunur. Həmin sənəd gələcəkdə gedəcək proseslərin bünövrəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh sazişinin razılaşdırılmış maddələrini imzalamağa hazır olması barədə bəyanatını şərh edərkən deyib.

“Əgər o bünövrədə əsas məsələlər əksini tapmırsa, Ermənistan bizim prioritet olaraq gördüyümüz məqamları qəbul eləmirsə, deməli, gələcək sülh prosesi də təhrif olunur. Yəni gələcəkdə baş tutacaq danışıqlar lazımi istiqamətdə getməyəcək. Mübahisənin mənası ondan ibarətdir ki, Ermənistan bizə və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və bu iddialarından əl çəkmək istəmir. Paşinyan istəyir ki, hansısa yüngül versiyaya, mənasız bir sənədə qol çəksin. Təbii ki, Azərbaycan da bununla razılaşmır. Hamıya Ermənistanın Qarabağla bağlı bu və ya digər şəkildə olan maddələri heç bir şəkildə qəbul etmək istəmədiyi məlumdur. Digər tərəfdən, Ermənistan öz qanunvericiliyinə də dəyişiklik etmək, ərazi iddialarını çıxarmaq istəmir. Onların bu addımı məntiqə uymayan davranışdır və Ermənistanın əsl istəklərini ifşa edir. Belədirsə, gələcək sülh prosesi ilə bağlı danışıqlar da öz mənasını itirir”.

Tarix
2024.09.27 / 09:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi

Demarkasiyanın növbəti mərhələsi ilə bağlı qərar… - Qriqoryan

Azərbaycan məni niyə həbs etmədi? – Şahramanyan

Ərdoğanın Zəngəzur təklifinə Paşinyanın cavabı...

İki əsrlik sindromun qırılma nöqtəsi, Əliyevin tarixi zəfəri...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Vətən müharibəsinin başlamasından 4 il ötür

Türkdilli ölkələrin yeni ittifaqı yaradıldı - Video

Sülh sazişi regiona rifah gətirəcək - Blinken

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla