Yuxarı

Sərkisyan Qarabağda təxribata hazırlaşır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan Qarabağda təxribata hazırlaşır?

Ermənistan prezidenti Serj Sərkisyanın aprelin 11-də Müdafiə Nazirliyində bütün günü toplantı keçirməsi və bunun ardınca, aprelin 12-də yenidən Milli Təhlükəsizlik Şurasının iclasını çağırması sırf ölkədəki vəziyyətlə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Politoloq hazırda Ermənistanda siyasi vəziyyətin olduqca çətin olduğuna diqqət çəkib:

"Qarabağdakı son hərbi qarşıdurma Ermənistanın daxili siyasi durumunu alt-üst edib. Bundan başqa, məlum hadisələrdən sonra Ermənistan nəinki beynəlxalq aləm tərəfindən, hətta MDB dövlətləri tərəfindən də dəstəklənməyib. Əlbəttə ki, belə bir vəziyyətdə olması Ermənistanı intensiv məsləhətləşmələr və toplantılar keçirməyə vadar edir. Əgər İrəvanın hansısa məqsədləri varsa, bu görünəcək. Hər halda son olaylardan sonra Sərkisyanın plan qurması istisna deyil".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan aprelin 11-də Müdafiə Nazirliyində uzun müddət davam edən toplantı keçirib. Bunun ardınca isə Milli Təhlükəsizlik Şurasının növbəti iclasını çağırıb.

O, sonuncu dəfə aprelin 2-də cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmışdı.

Tarix
2016.04.14 / 09:18
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla