Yuxarı

“Heydər Əliyev və sahibkarlığın inkişafı” - Müsabiqə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Heydər Əliyev və sahibkarlığın inkişafı” - Müsabiqə

İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında "Heydər Əliyev və sahibkarlığın inkişafı" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməlidir. Materialların sonunda "İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeyd olunmalıdır.

Materiallar KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə mayın 2-dək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formada [email protected] ünvanına göndərilməlidir.

Qaliblərə mükafatlar təqdim olunacaq.

Tarix
2016.04.14 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla