Yuxarı

Bərxudarovun yerinə təyin edilən general kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərxudarovun yerinə təyin edilən general kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda kadr dəyişikliyi olub. General-mayor Vilayət Bərxuda oğlu Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub. Mais Bərxudarov isə sərəncama götürülüb.

Axar.az Metbuat.az-a istinadən xəbər verir ki, 2-ci Ordu Korpusunun yeni komandiri Vilayət Quliyev Cəbrayıl rayonundandır.

General-mayor Vilayət Quluyev Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. Vətən müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.

Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib.

V.Quliyev şücaətlərinə görə Prezidentin sərəncamı ilə “Rəşadət” ordenilə təltif edilib.

Ona Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.

Tarix
2024.10.06 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla